Prezident ordunun yeni hədəfini göstərdi

© Sputnik/ Baybek KonırovQazaxıstan ordusu
Qazaxıstan ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Nazarbayev: "Terrorizmlə mübarizə ordunun yeni fəaliyyət istiqamətidir"

BAKI, 7 may — Sputnik. Terrorizmlə mübarizə Qazaxıstan ordusunun yeni prinsipial fəaliyyət istiqamətidir.

Sputnik Qazaxıstan-ın verdiyi məlumata görə, bunu bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan Silahlı Qüvvələrinin yaradılmasının 25 illiyinə və Böyük Vətən Müharibəsində Qələbənin 72-ci ildönümünə həsr olunmuş hərbi parada çıxışı zamanı bəyan edib.

Nazarbayev deyib ki, hazırda Qazaxıstan Silahlı Qüvvələri modernləşməsinin tarixi mərhələsini yaşayır: “Ordunun, güc strukturlarının yeni prinsipial fəaliyyət istiqaməti terrorizmlə mübarizədir. Qazaxıstan ordusu istənilən təhlükəni dəf etməyə hazır olmalıdır”.

Hərbi parad Astanada “Qazax eli” monumentinin qarşısındakı meydanda keçirilir. Paradda 5 mindən çox hərbçi iştirak edir, 300 silah və texnika növü, 70-dən çox helikopter və hərbi təyyarə nümayiş etdirilir. 

Xəbər lenti
0