BAKI, 7 may — Sputnik. Biləsuvar rayonunda adətən kinolarda gördüyümüz sayaq quldurluq hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Biləsuvar rayon mərkəzində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbrahimovanın evinə daxil olan şəxslər əvvəl onun əl-qolunu bağlayıb, daha sonra evdə olan qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıblar.
İbrahimovanın Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Laboratoriya şöbəsində çalışdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.