Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Asiya İnkişaf Bankından Azərbaycana böyük jest

© PhotoAsian Development Bank
Asian Development Bank - Sputnik Azərbaycan
Abunə olmaq
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 mln. dollar məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişi imzalanıb.

BAKI, 7 may — Sputnik. Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) 50 illik yubileyinə təsadüf edən "Asiyanın rifah və tərəqqisini birlikdə quraq" devizi altında Yaponiyanın Yokohama şəhərində keçirilən AİB-in Rəhbərlər Şurasının İllik Toplantısı başa çatıb.

Maliyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toplantıya Azərbaycanın maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Samir Şərifov Rəhbərlər Şurasının iclasında çıxış edərək prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib. O, neftin kəskin ucuzlaşması fonunda hökumət tərəfindən atılan qabaqlayıcı addımlar nəticəsində makroiqtisadi sabitliyin tez bir zamanda bərpa olunduğunu vurğulayıb.

“Şahdəniz-2” layihəsi üzrə dayaq blokunun dənizə yola salınması - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Şahdəniz"dəki problem nədən ibarətdir?

Nazir deyib ki, aparılan kompleks struktur islahatları pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsini gücləndirib. Bu islahatlar həmçinin, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ixracın təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması və investisiyaların cəlb edilməsi istiqamətlərini əhatə edir.

Toplantı çərçivəsində Yaponiyanın maliyyə naziri Taro Aso, ADB-nin prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vencay Jang, Divakar Qupta və digər rəsmilərlə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə həyata keçirilən bir sıra layihələrə, o cümlədən yol-nəqliyyat, su təchizatı, irriqasiya, elektrik enerjisinin paylanması sahəsində layihələrə bankın verdiyi dəstək yüksək qiymətləndirilib.


AİB-in prezidenti Azərbaycanın bankın dəyərli tərəfdaşı və vacib üzvü olduğunu, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Toplantı çərçivəsində "Cənub Qaz Dəhlizi" QSC və AİB arasında "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 mln. dollar məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişi imzalanıb.

İmzalanma mərasimində Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyəti bir daha vurğulanıb. AİB, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və bir sıra digər beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənən bu transmilli layihənin Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası ilə yanaşı region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağı qeyd edilib.

Burada həmçinin sözügedən layihənin uğurla başa çatdırılmasında ADB-nin dəstəyinin vacibliyinə toxunulub.

Xəbər lenti
0