Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Yas pulu" üstündə dava düşdü

© Sputnik / Murad OrujovПересчитывание денег
Пересчитывание денег - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdədə “yas pulu” üstündə dava düşüb, gənc oğlan döyülüb

BAKI, 6 may — Sputnik. Bərdə rayonunun Dəymədağlı kəndində pul üstündə dava düşüb.

“Report” xəbər verir ki, hadisə yas mərasimi zamanı baş verib.

Belə ki, kənddə yaxın qohumunun yas mərasimində pul yığan 1984-cü il təvəllüdlü Əsədov Fikrət Akif oğlu həmkəndlilərinin hücumuna məruz qalıb. Hadisəyə kənd sakini Qəhrəman Kərimovun “yas pulu”ndan oğurluq etmək istəməsi səbəb olub. Bunu görən F.Əsədov Q.Kərimovla mübahisə edib. Daha sonra Q.Kərimovun Yalçın və Bəbir adlı övladları F.Əsədovu kəndin kənarındakı əkin sahəsinə aparıblar və orada ona küt alətlə ağır bədən xəsarətləri yetiriblər.

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda Travmatologiya şöbəsində olan F.Əsədovun vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0