CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Xətai” metro stansiyasının yeni zalı istifadəyə verilib

© Sputnik / Murad OrujovЭмблема Бакинского метрополитена на стене станции Мемар Аджеми-2
Эмблема Бакинского метрополитена на стене станции Мемар Аджеми-2 - Sputnik Azərbaycan
Abunə olmaq
Yenidənqurmadan sonra metro stansiyası görkəmini tam dəyişib

BAKI, 6 may — Sputnik. “Xətai” metro stansiyasının orta zalı istifadəyə verilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, yenidənqurmadan sonra metro stansiyası görkəmini tam dəyişib. “Xətai” metro stansiyasının orta zalında əsaslı təmir, yenidənqurma və sağlamlaşdırma tədbirləri başa çatdırılıb. Artıq sərnişinlər stansiyanın sərnişinpaylama funksiyasını yerinə yetirən orta zaldan maneəsiz istifadə edəcəklər. Qeyd edək ki, “Xətai” və “Cəfər Cabbarlı” metro stansiyaları arasında gediş-gəlişi tam məhdudlaşdırmamaqla burada təmir-yenidənqurma işlərini mərhələli şəkildə həyata keçirir.

N.Paşayev qeyd edib ki, stansiyanın istifadəyə verilən orta zalı görkəmini tamamilə dəyişib. Yol divarının aşağı hissəsində düzülmüş iki cərgəli mərmər üzlüklü səth ağ rəngli alüminium divar-tavan kompozisiyası ilə əvəzlənib. Birinci yolda olduğu kimi, orta zal da “Durlum “GmbH” şirkətinin korroziyaya davamlı özəl metal asma tavan, divar lövhələri və LED işıqlandırma sistemləri ilə təchiz edilib. Metro stansiyalarında ilk dəfə istifadə olunan bu materiallarla yanaşı, bəzi hissələrdə mərmər-qranit örtükdən də istifadə olunub. Təmir zamanı orta zalda görkəmli dövlət xadimi və mütəfəkkir, şair Şah İsmayıl Xətaiyə həsr olunmuş memarlıq kompozisiyası demontaj olunub. Buna səbəb 27 il əvvəl qurulmuş kompozisiyanın stansiyanın ağır hidrogeoloji mühitinin, mürəkkəb və aqressiv mikroiqlim şəraitinin təsiri nəticəsində fiziki aşılanmaya məruz qalmasıdır. Həmin kompozisiyanın vəziyyətini dəqiq qiymətləndirmək və yenidən qurulmasının mümkünlüyünü araşdırmaq üçün “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi Azərbaycan Rəssamlar İttifaqına müraciət edib və mütəxəssislərin daxil olduğu xüsusi komissiya yaradılıb.

N.Paşayev bildirib ki, kompozisiyanın müəllifi Xəlil Əliyevin də daxil olduğu 8 Xalq rəssamından, eləcə də “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, hərəkət xidmətinin rəisi Etibar İsayev, özünün də daxil olduğu komissiya “Xətai” metro stansiyasında quraşdırılmış dekorativ-tətbiqi sənət kompozisiyasına baxış keçiriblər. Komissiyanın gəldiyi yekdil qərara görə, abidə yararsız hala düşmüş və bərpası mümkün deyil. Bu barədə tərtib olunmuş akt Azərbaycan Rəssamlar İttifaqına və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə təqdim olunub. Hazırda “Bakı Metropoliteni” QSC rəhbərliyi burada eyni mövzuda fərqli memarlıq kompozisiyasının yer alması üzərində iş aparır.

Xəbər lenti
0