CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı

© AZƏRTACIV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu - Sputnik Azərbaycan
Abunə olmaq
Forumda 40-dək sessiya və tədbir keçirilib

BAKI, 6 may — Sputnik. Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

Mərasimdə 4-cü Ümümdünya Forumunun Təşkilat Komitəsinin katibi, Azərbaycan Mədəniyyət və Tuzim Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, YUNESKO, BMT Sivilizasiyalar Alyansının, Ümümdünya Ticarət Təşkilatının, Avropa Şurası, İSESKO-nun yüksək səviyyəli rəsmiləri çıxış ediblər.

BMT-nin Siviliziyasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser forumda təşkilatçılığına görə Azərbaycan hökumətinə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Forum çərçivəsində mühüm iclas oldu. Biz daha sıx işləməliyik. Bu, məqsədlərimizə nail olmaq üçün vacibdir. Biz ərzaq təhlükəsizliyi ilə bağlı Azərbaycan hökuməti ilə əməkdaşlıq edirik. Gələn il Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı “Bakı prosesi”nin10 illiyini qeyd edəcəyik”.

İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveyçri çıxışında deyib ki, forum çox səmərəli olub. Onun sözlərinə görə, bu cür tədbirlər bundan sonra da davam etdirilməlidir. Bəşər dəyərlər əsas tutaraq nifrət aşılanmamalıdı. İSESKO olaraq biz etibarlı tərəfdaşıq”.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib ki, bu forum düzgün məkanda və zamanında keçirilib: “Tədbir yüksək səviyyədə keçirilib. Biz bu forumda prinsipləri müəyyən etdik. Biz mədəniyyətlərarası dialoqdan danışarkən kiməsə dərs vermək fikrimiz yoxdur. Biz çalışırıq ki, insanlar sülh şəraitində yaşasınlar. Biz tədbirdən sonra da çalışmalıyıq. Biz əlimizdən gələni etməliyik ki, dünyada hər kəs yaxşı yaşasın. Azərbaycan zəngin ölkədir. Dünyada elə xalqlar var ki, biz istərdik ki, onlar da sizin kimi olsun”.

Xəbər lenti
0