Elxan Şahinoğlu: “Putin Ərdoğanın bu məsələdəki mövqeyinə həssas yanaşa bilər”
Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünü şərh edən politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyib ki, dövlət başçıları müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar: “Sanki Suriya məsələsində fikir birliyinə gəliblər. Çünki Rusiya təklif edir ki, Suriyada 4 təhlükəsizlik zonası yaradılsın. Ankara da bunun əleyhinə deyil. Həmçinin Türkiyə Rusiyadan S-400 raketlərini almağa hazırlaşır. Bu da münasibətlərdə yeni bir uğur sayıla bilər”.
“Hələ də bəzi məsələlər tam həll olunmayıb. İndi Ərdoğanı əsas Suriya mövzusu maraqlandırır. Putinlə də daha çox Suriyadan danışıblar. Ərdoğanın ən böyük istəyi odur ki, Rusiya ordusu Suriyada silahlı kürdlərlə əməkdaşlıq etməsin. Eyni məsələni böyük ehtimalla Ərdoğan Tramp qarşısında da qaldıracaq. Amma Trampın və administrasiyasının bu yöndə siyasətinin dəyişəcəyini düşünmürəm. Düşünürəm ki, Putin Ərdoğanın bu məsələdəki mövqeyinə həssas yanaşsın və geri addım atsın” – deyə o bildirib.