BAKI, 6 may — Sputnik. Ağsu sakininin həyətindən neft çıxma ehtimalı var.
Sputnik Azərbaycan-ın məlumatına görə, Ağsunun Ərəbmehdibəyli kəndində Qurban Orucov həyətində qazıntı apararkən 2,5 metr qazılan quyudan qəribə qoxu gəlməsi onu təəccübləndirib. O, neft çıxma ehtimalına görə qazıntını dayandırıb. Hər gün quyudan gələn qoxunun miqdarı artır, qazılan torpaqda nəmişlik yaranıb. Əvvəllər də həyətdə bir neçə yerdə təxminən 5 metr dərinliyində bu cür quyu qazılıb, amma belə hal yaşanmayıb.
Ev sahibi kənd icra nümayəndəliyinə məlumat verib. Quyudan torpaq götürülərək aidiyyatı qurumlara göndərilib.