"Bomj" dörd gün milyarder kimi yaşadı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidГорода мира. Париж
Города мира. Париж - Sputnik Azərbaycan
Abunə olmaq
61 yaşlı kişinin otelə 2 min avro borcu yaranıb

BAKI, 6 may — Sputnik. Fransanın Bordo şəhərində 4 gün beşulduzlu oteldə qalan və mehmanxanaya 2 min avro borcu yaranan evsiz-eşiksiz şəxs saxlanılıb.

RİA Novosti xəbər verir ki, 61 yaşlı kişi ödəniş etmədən oteldən çıxmaq istəyib, lakin “Grand Hotel”in personalı müəssisəyə polis çağırıb.

Sözügedən şəxs bu addımı özünə xoş olmaq və küçədə yatmamaq üçün atdığını bildirib. O, eyni zamanda pullarının və əşyalarının oğurlandığını, ödənişi isə bank vasitəsi ilə edəcəyini söyləyib.

Qeyd olunur ki, kişini dələduzluq işi üzrə məhkəmə gözləyir.

Xəbər lenti
0