BAKI, 6 may — Sputnik. Alimlərin apardığı tədqiqatlara əsasən, avokado ən yaxşı qidalandırıcılardan olmaqla yanaşı, bədən çəkisini və bədənin kütlə indeksini aşağı salmağa və belin incəlməsinə kömək edir.
Araşdırmalar onu göstərir ki, avokado yeyən şəxsin dietik liflər, yağlar, mis, maqnezium, kalium, A və C vitamini qəbulu digərlərindən yüksəkdir. Araşdırmaçılar pəhriz çərçivəsində gündəlik ortalama olaraq 76 qram avokado qəbul edən 30 minə yaxın gənci izləyib. Məlum olub ki, avokado yeyən insanlar digərlərindən daha az karbohidrat, şəkər və soda qəbul edirlər. Qida rasionunda avokadodan istifadə edən insanlarda artıq çəki və piylənmə dərəcəsi 33 faiz daha azdır və belləri 32 faiz incədir.
Tədqiqatçılar, həmçinin müşahidə ediblər ki, avokado metabolik sindromun tezliyini, ürək xəstəlikləri, şəkərli diabet və infarkt riskini də azaldır.
Nəticələr “Internal Medicine Review” jurnalında dərc olunub.