Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu bitkini iyləyin, yaddaşınız güclənsin

© Photo : GettyÇəmənotu
Çəmənotu - Sputnik Azərbaycan
Abunə olmaq
Nortumbriya Universitetinin (İngiltərə) alimləri bu faktı yeni aşkar ediblər

BAKI, 5 may — Sputnik. Aromaterapiya yaddaşı möhkəmləndirməyə kömək edir. Bunu Nortumbriya Universiteti (İngiltərə) alimləri aşkar ediblər.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, İngiltərə alimləri eksperimentlər zamanı belə nəticəyə gəliblər ki, bibəriyənin qoxusu yaddaşı yaxşılaşdırır. Bunu aşkar etmək üçün alimlər xüsusi yaddaş testləri aparıblar. Testlər əvvəl adi otaqda, daha sonra çəmənotu qoxusu olan otaqda aparılıb. Məlum olub ki, çəmənotunun qoxusu testlərin nəticələrinə təsir edib və nəticələr 7% artıb.

Alimlərin sözlərinə görə, çəmənotunun qoxusu həm böyüklərin, həm də uşaqların yaddaşına müsbət təsir edir. Alimlərin fikrinə görə, bunun səbəbi çəmənotunun beyində informasiyanın daşınmasına cavabdeh olan xüsusi birləşmələrə olan təsiridir.

Xəbər lenti
0