Fikrət Sadıqov: “Türkiyəyə qarşı belə bir qətanaməni dəstəkləyə bilmərik”
Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır. Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycana deyir ki, bir neçə il bundan əvvəl bizi Avropa İttifaqı ilə assosativ müqavilə bağlamağa məcbur edirdilər: “Biz o müqaviləyə imza atmadıq. Orda yer alan bir sıra məqamlar Azərbaycanın tələblərinə cavab vermirdi. İndi bu prosesin ikinci mərhələsi başlanılıb. Amma müəyyən şərtlərlə: bizə heç nəyi diktə etməsinlər, hansısa sazişi imzalamağa məcbur etməsinlər, təlimatlar verməsinlər. Bu formatda sazişə imza atmaq bizim maraqlarımıza cavab verən addım ola bilər”.
“Avropa Şurasının Parlament Assambleyası tərəfindən Türkiyəyə qarşı qəbul olunan qərəzli qətnamə ədalətsizlikdir. Bizim kiminləsə saziş imzalamağımız o demək deyil ki, Türkiyəyə qarşı qərəzli qərarı dəstəkləyirik. Biz bu məsələ ilə bağlı mövqeyimizi bildirmişik. Türkiyəyə qarşı belə bir qətanaməni dəstəkləyə bilmərik” – deyə o bildirib.