Yığmamız bu mötəbər beynəlxalq turnirdə iştirak edəcək

© Sputnik / Bolat Shaykhinov / Mediabanka keçidМонумент "Астана-Байтерек" в центре Астаны
Монумент Астана-Байтерек в центре Астаны - Sputnik Azərbaycan
Abunə olmaq
4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq

BAKI, 4 may — Sputnik. Mayın 8-də Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamız səfərə baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 13 idmançı ilə yollanacaq. Məşqçilər korpusu Çimkəntdə Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədovu (+85 kq) sınaqdan çıxaracaq.

Eyni zamanda turnirdə Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, Qazaxıstana mayın 7-də yollanacaq boksçularımız ayın 12-də Azərbaycana qayıdacaqlar.

Xəbər lenti
0