Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Türkiyə və Avropa Birliyi arasında gedən proseslərə subyektiv faktorlar daha çox təsir edir: “Hər iki tərəf həm siyasi, həm də beynəlxalq məsələlərlə bağlı diametral mövqe tutublar. Bu da münasibətlərin getdikcə korlanmasına gətirib çıxarır. Əslində Türkiyənin Avropa Birliyinə üzvlüklə bağlı yarım əsrlik müraciətinə hansısa bir cavab verilməli idi. Türkiyə prezidentinin və rəsmilərinin çıxışı onun göstərir ki, artıq onlar bu münasibətdən beziblər”.
“Avropa İttifaqının özündə də destruktiv proseslər gedir. Türkiyə Avropadan imtina etsə bunun acı nəticələri olacaq. Bu həm Türkiyə, həm də Avropanın özü üçün ola bilər. Avropa İttifaqı bunu dərk etmirsə bu ancaq onun zərərinə işləyir” – deyə o bildirib.