CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Strateji yol xəritələrinin icrası müzakirə olundu

© Açıq hökumət platformasıAçıq hökumətin təşviqi platformasının iclası
Açıq hökumətin təşviqi platformasının iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına yeni üzvlər qəbul edilib

BAKI, 3 may — Sputnik. Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib. Bununla bağlı Sputnik Azərbaycan-a danışan BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, toplantıda platformanın koordinatoru Əliməmməd Nuriyev görülmüş işlər barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masa - Sputnik Azərbaycan
CƏMİYYƏT
QHT rəhbərləri prezidentə müraciət etdilər

Nuriyev qeyd edib ki, son bir ay ərzində Platforma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfrans keçirib. Konfransda strateji yol xəritələrinin icrası, monitorinqi məsələlərində vətəndaş cəmiyyətinin baxışı, təklifləri səslənib.

"Bu görüş yeni əməkdaşlıq modelinin qurulması üçün başlanğıc kimi qiymətləndirilib. Sənəd çərçivəsində islahat proseslərinə dəstək vacibdir. Strateji yol xəritələri ilə bağlı birgə tədbirlər davam etdiriləcək. Bu müzakirələr peşəkar xarakter daşıyacaq və konkret mövzulara həsr olunacaq" – deyə Ə. Nuriyev bildirib.

O, Platformanın növbəti görüşünün Vergilər Nazirliyinin rəhbərliyi ilə keçiriləcəyini və tədbirin təşkili üçün müvafiq hazırlıqlar görüldüyünü deyib. May ayının ikinci yarısında Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvlərinin Bakıya səfər edəcəyini xatırladan koordinator, Platforma üzvləri ilə də görüş keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Toplantıda Platformaya yeni üzvlüklə bağlı müraciətlərə baxıldığını deyən Niyaməddin Orduxanlı, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin, "Gənc Vətəndaş" Maarifləndirmə İB-nin, "Bələdiyyələrin İnkişafına Yardım" İB-nin Platformaya üzv qəbul olunduğunu bildirib.

"İclasda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vətəndaş cəmiyyəti təşkilatlarını narahat edən məsələlərin həlli ilə bağlı görülən işlər barədə məlumat verdi. Platforma üzvləri Rəna Səfərəliyeva, Novella Cəfəroğlu, Əhməd Abbasbəyli, İsrail İsgəndərov, Qadir İbrahimli və digərləri öz təkliflərini səsləndirdilər" – deyə Orduxanlı bildirib.

Xəbər lenti
0