CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əliməmməd Nuriyev: “Vətəndaş cəmiyyətinin fəaliyyətində çatışmazlıqlar var”

© Photo : APAƏliməmməd Nuriyev
Əliməmməd Nuriyev - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü deyir ki, cəmiyyəti təşkil edən seqmentlərin möhkəm olması dayanıqlı inkişafın şərti və nəticəsidir

Əliməmməd Nuriyev: “Vətəndaş cəmiyyətinin əsas işi odur ki, ictimai nəzarəti həyata keçirsin”
“Etiraf etməliyik ki, vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda problemlər var. Bəzi qurumlar vətəndaş cəmiyyəti təşkilatlarının təkliflərini nəzərə almırlar”. Bunu baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib. Ə. Əhmədov bildirib ki, bəzi hallarda QHT sadəcə, “pul verin, fəaliyyət göstərək” prinsipi ilə çıxış edir.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev Sputnik Azərbaycana deyir ki, Azərbaycanda vətəndaş cəmiyyəti cəmiyyətimizin mühüm bir seqmentidir: “Nəzərə almalıyıq ki, cəmiyyət 3 seqment üzərində mövcuddur. Bu seqmentlərin möhkəm olması dayanıqlı inkişafın şərti və nəticəsidir”.

“İlk vaxtlarda dövlət qurumları vətəndaş cəmiyyətlərini qəbul etmirdilər. Vətəndaş cəmiyyətinin fəaliyyətində çatışmazlıqlar da var. Hər şeydən əvvəl bu sahədə peşəkarlıq hələ yetərincə deyil, ixtisaslaşma dərinləşməyib. Vətəndaş cəmiyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, ictimai nəzarəti həyata keçirsin” —  deyə o bildirib.

Xəbər lenti
0