BAKI, 3 may — Sputnik. Mayın 9-da faşist Almaniyası üzərində qələbənin 72-ci ildönümü qeyd olunacaq. Bu əlamətdar gün sabiq Sovetlər İttifaqının bir sıra ölkələrində qeyd olunur. Üstündən xeyli vaxtın keçməsinə baxmayaraq, bu əlamətdar günlə, onun miqyası, tarixi irsi, tarixdəki son hadisələrə təsiri və s. ilə bağlı müxtəlif mübahisələr mövcuddur.
Mayın 4-də, saat 13:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində bu tarixi qələbəyə həsr olunmuş videokörpü olacaq. Burada 70 il əvvəlki hadisələr müzakirə ediləcək. Müzakirələrdə Böyük Qələbənin varisi olan ölkələrin nümayəndələri iştirak edəcəklər:
Bakıda:
— Qafqaz tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi əməkdaşı Rizvan Hüseynov;
Tbilisidə:
— İlya Universitetinin Politoloqiya İnstitutunun elmi əməkdaşı Qiya Siamaşvili;
Minskdə:
— Belarus-Rusiya Parlament yığıncağının üzvü, Belarus Dövlət Universitetinin Tarix kafedrasının dosenti Qalina Bolsun;
Kişinyovda:
— Tarixçi, politoloq Boris Şapovalov
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində (Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə) keçiriləcək.