Hillari Klintondan tarixi etiraf

© REUTERS / Lucy NicholsonКандидат в президенты США от Демократической партии Хиллари Клинтон
Кандидат в президенты США от Демократической партии Хиллари Клинтон - Sputnik Azərbaycan
Abunə olmaq
Klinton: “Seçkilər oktyabrın 27-də keçirilsəydi, mən sizin prezidentiniz olacaqdım”

BAKI, 3 may — Sputnik. ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton hesab edir ki, onun 2016-cı il prezident seçkilərində məğlubiyyətinə səbəb “Wikileaks” saytı və Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi olub. APA-nın xəbərinə görə, bu barədə Hillari Klinton CNN telekanalına müsahibəsində bildirib.

“Bu kampaniya ideal deyildi, lakin mən qələbəyə doğru irəliləyirdim. Lakin Ceyms Kominin 28 oktyabr tarixli məktubu və Rusiyanın “WikiLeaks”i mənə səs verməyə meylli olan insanları qorxutdu. Bu müdaxilənin olmasını təsdiqləyən tutarlı sübutlar var” — deyə o bildirib. 

“Seçkilər oktyabrın 27-də keçirilsəydi, mən sizin prezidentiniz olacaqdım” —  Klinton qeyd edib.

Xəbər lenti
0