BAKI, 3 may — Sputnik. Fələstinin Qəzza bölgəsinə nəzarət edən "HƏMAS" siyasi qruplaşmasının hərbi qanadı olan "İzzəddin Qəssam" briqadası İsrailə fələstinli dustaqların istəklərini yerinə yetirməsi üçün 24 saat vaxt verib. Sputnik Azərbaycan bu barədə "Jerusalem Post"-a istinadən xəbər verir.
"Tələblərin yerinə yetirilməsində gecikilən hər günün əvəzi düşmənə ödətdiriləcək. İsrailə 24 saat möhlət tanıyırıq. Əks halda nəticəsini görəcəklər" — HƏMAS sözçüsü bildirib.
Qeyd edək ki, İsrail həbsxanalarındakı fələstinli dustaqlar bir neçə gündür aclıq aksiyası keçirirlər. Onlar həbsxanadakı şəraitin dözülməz olduğunu bildirirlər.