Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Don Kixot" Azərbaycan səhnəsində

© Sputnik / Murad OrujovЗдание Государственного академического театра оперы и балета в Баку
Здание Государственного академического театра оперы и балета в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşanı beloruslu dirijor Andrey İvanov idarə edəcək

BAKI, 3 may — Sputnik. Mayın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun "Don Kixot" baletinin növbəti tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, uzun illərdən bəri teatrın repertuarında olan bu tamaşada əsas rolları balet truppasının aparıcı solistləri — Ayan Eyvazova, Əməkdar artistlər Makar Ferştandt, Tamilla Məmmədzadə, Alsu Qimadiyeva, Anar Mikayılov, Cəmilə Kərimova, Elmira Süleymanova, Faiq Qubatov və b. ifa edəcəklər.

Qeyd edək gənc solist A. Eyvazova Kitri partiyasında ilk dəfə çıxış edəcək.

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı ilə Azərbaycan Opera və Balet Teatrı arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində tamaşanı beloruslu dirijor Andrey İvanov idarə edəcək.

Xəbər lenti
0