BAKI, 3 may — Sputnik. Aprel ayında bir nəfər ilansancma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sputnik Azərbaycan-a bildirib ki, bu günə qədər bir ilancsancma halı qeydə alınıb.
"Bu il hələ ki, bir hadisə baş verib. Aprel ayında Ceyranbatan qəsəbəsində gürzə sancması ilə müraciət daxil olub. Biz onu 10 gün müddətində müalicə etdik. Həkimlərin gördükləri tədbirlər nəticəsində xəstə sağlam evinə göndərildi" — şöbə müdiri deyib.
Maqsudovun sözlərinə görə, hələ ki, başqa həşərat sancması ilə müraciət edən olmayıb.