Bu gecə anomal hadisə gözlənilir - diqqət

Abunə olmaq
Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir

BAKI, 3 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.

Külək - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlikdən ayın ilk gününə hava xəbərdarlığı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.  Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 4-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, gündüz bəzi rayonlarda yağışda qısa fasilə yaranacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0