CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəhərə bu ay ərzində girə bilməzsiniz

© Flickr / Teunie van HernenThe word 'stop' written on a man's hand
The word 'stop' written on a man's hand - Sputnik Azərbaycan
Abunə olmaq
Məhdudiyyətlər mayın 25-ə qədər davam edəcək

BAKI, 3 may — Sputnik. IV İslam Oyunları ilə əlaqədar bölgələrə məxsus dövlət nömrə nişanlı avtomobillərin paytaxta girişinə məhdudiyyətlər qoyulub.

Belə ki, İslam Həmrəyliyi Oyunları iştirakçılarının, idmançıların və sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə bağlı, oyunlar zamanı yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. O, bildirib ki, bölgələrdən gələn avtomobillər "Bakı-2015" Avropa Oyunları öncəsi yaradılmış dayanacaqda saxlanılacaq: "Rayondan gələn nəqliyyat vasitələri paytaxtın şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində, cənubdan isə Lökbatan dairəsi yaxınlığındakı dayanacaqlarda saxlanılacaq. Bölgələrə məxsus dövlət nömrə nişanlı avtomobillər üçün Bakının şimal və cənubunda çox geniş şərait yaradılıb. Bölgələrdən gələn şəxslər avtomobillərini həmin ərazilərdə saxlayıb, onlar üçün ayrılmış ictimai nəqliyyat vasitələri ilə istədikləri yerə gedə bilərlər. Bu tipli avtomobilləri idarə edən avtomobil sürücülərindən xahiş edirəm ki, vəziyyəti və şəraiti düzgün qiymətləndirib keçirilən tədbirlərin dünya və ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, düzgün qərar qəbul etsinlər. Düşünürəm ki, vəziyyət müvəqqəti olduğu üçün heç kim narazı qalmayacaq".

Onu da qeyd edək ki, oyunlar ərəfəsində gecə paytaxta girib gündüz şəhərdə hərəkətdə olan rayon qeydiyyatlı avtomobillər xidmətdə olan polis əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq müvəqqəti duracağa qoyulacaq. Heç bir cərimə yazılmadan axşam vaxtı həmin nəqliyyat vasitəsi şəhərdən çıxarılacaq.

V. Əsədov bildirir ki, həmin günlərdə DYP gücləndirilmiş iş rejimində çalışacaq. Bölgələrdə fəaliyyət göstərən polis qüvvələri də paytaxta cəlb olunub. Tədbirlərin keçirildiyi ərazilər, yollar, yaşayış məntəqələri, binalar, otellər hər yer nəzarətə götürülüb. Təbii ki, polisin bütün qüvvələri iş başında olacaq.

Xatırladaq ki, məhdudiyyətlər mayın 25-ə qədər davam edəcək.

Xəbər lenti
0