BAKI, 3 may — Sputnik. Bakı şəhərində sərnişindaşımada problemlər günü-gündən çoxalır.
Sputnik Azərbaycan-ın redaksiyasına göndərilən məktubda oxucumuz Məmmədov Adil tərəfindən çəkilmiş videoda daha bir avtobus sürücüsünün qanunu pozduğunu aydın görünür. Belə ki, 29 nömrəli marşrutun sürücüsü avtobusu qapısı açıq vəziyyətdə sürərək sərnişinlərin həyatını təhlükə altına atır. Hətta bir sərnişinin avtobusun qapısından sallanaraq getdiyi videoda aydın görünür.
Qeyd edək ki, 29 nömrəli marşrutun qayda pozuntuları haqqında mətbuatda dəfələrlə məqalələr dərc olunsa da, hələ də heç bir nəticə əldə olunmayıb, əksinə bu marşrutda günü-gündən daha çox qayda pozuntularının şahidi oluruq.