Asif Cahangirov: “Sosial-iqtisadi inkişaf planına uyğun olaraq kadrlara olan tələbat proqnozlaşdırılır”
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Təhsil üzrə ekspert Asif Cahangirov Sputnik Azərbaycan-a deyir ki, hər bir ölkənin sosial-iqtisadi inkişaf planına uyğun olaraq kadrlara olan tələbat proqnozlaşdırılır: “Bu plana uyğun olaraq özəl təhsil müəssisələri prioritet ixtisaslar üzrə kadr hazırlığını həyata keçirirlər. Azərbaycanda yanlış doqma hökm sürür ki, ali təhsil yalnız dövlətin mütəxəssislərinin təminatı üçün kadr hazırlayır”.
“Bu gün elə ölkələr var ki, bakalavr pilləsini başa vuran gənclər orta təhsil alanların 60-70 faizini təşkil edir. Bu çox yaxşı haldır. Ölkənin ali təhsilli vətəndaşlarının çox olması o ölkənin bilik potensialını artırır. İxtisasların bazara uyğunlaşdırılması risklərin qarşısını almaq məqsədi daşıya bilər” – deyə o bildirib.