CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşınar əmlak barədə qanun qəbul olundu

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun layihəsi ikinci və üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub

BAKI, 2 may — Sputnik. Mayın 2-də parlamentin plenar iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, layihədə bildirilir ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür.

Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.

Qeyd edək ki, "Daşınar əmlakın yüklülüyü haqqında qanun" layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər.

Qanun layihəsi ikinci və üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0