BAKI, 2 may — Sputnik. NTV telekanalının və Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən!" fevralın 11-də start götürüb. Müsabiqədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.
Keçmiş SSRİ-nin müxtəlif guşələrindən olan istedadlı yeniyetmələr bu mötəbər müsabiqədə yarışmaq imkanı qazanıblar. Azərbaycanlı iştirakçılar arasında artıq müsabiqədə iştirakını dayandırmış Xoşqədəm Mehdiyeva da var idi.
Mayın 3-də 11:00-da Sputnik Azərbaycan Beynəlxalq Mətbuat Mərkəzində Xoşqədəm Mehdiyeva jurnalistlərlə görüşərək layihədə iştirakı barədə təəssüratlarını bölüşəcək. Tədbirdə həmçinin iştirak edəcəklər:
— Murad Dadaşov – Azərbaycanın əməkdar artisti, şoumen, prodüser,
— Əziz Əliyev – Sputnik Azərbaycan informasiya agentliyinin rəhbəri,
— Kamilla Əliyeva – Sputnik Azərbaycan-ın əməkdaşı, layihənin Azərbaycan üzrə əlaqələndiricisi.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə.