CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlar bu qanuna uyğun hərəkət edəcəklər

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi təsdiqlənib

BAKI, 2 may — Sputnik. Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi müzakirə olunub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, deyib ki, referendumdan sonra deputatlarla bağlı müddəaların Konstitusiyaya əlavə edilməsi Milli Məclisdə buna dair xüsusi qanun layihəsinin hazırlanmasını zəruri edib. Yeni qanun layihəsi 13 maddədən ibarətdir.

Qanun layihəsi Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Qanun layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməsinə qadağa qoyulması, eləcə də deputatların həmkarlarının sözünü kəsməsi qadağan edilir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0