BAKI, 2 may — Sputnik. Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda və hərraca qədər banklararası valyuta bazarında bağlanmış əqdlər üzrə ortaçəkili məzənnə 1,7024 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,7025 manat olub.