BAKI, 2 may — Sputnik. Türkiyənin iki məşhur müğənnisi Sıla Gençoğlu ilə Davut Güloğlu arasında söyüş qalmaqalı tərəflərdən birinin həbsi ilə nəticələnib. Haqqında söyüş söydüyü üçün müğənni Davut Güloğunu məhkəməyə verən Sıla, istədiyinə nail olub.
İstanbul məhkəməsi, D.Güloğluya 1 il 2 ay həbs cəzası verib. Məhkəmə, daha sonra verdiyi qərarı, müğənninin istəyi ilə pul cəzasına çevirib. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən bildirir ki, Davut Güloğlu gündəlik 20 türk lirəsi olmaqla, ümumilikdə 8 min 400 lirə pul ödəyəcək.