CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görün ölkəmizdə kimlər insan alverinin qurbanı olur?!

© Mahirə Əmirhüseynovaİnsan alveri ilə bağlı maarifləndirmə tədbiri
İnsan alveri ilə bağlı maarifləndirmə tədbiri - Sputnik Azərbaycan
Abunə olmaq
Mahirə Əmirhüseynova: "İnsan alverinin potensial qurbanları əsasən aztəminatlı təbəqənin nümayəndələridir"

BAKI, 2 may — Sputnik. Azərbaycanda insan alverinə qarşı mübarizə prioritet məsələlərdən biridir. Tədqiqatların nəticəsi göstərir ki, insan alverinin potensial qurbanları əsasən aztəminatlı təbəqənin nümayəndələridir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İnsan Alverinə Qarşı QHT koalisiyasının və "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova İsmayıllı Humanitar və Texnologiya Kollecində keçirilən tədbirdə bildirib.

Tədbir İB-in AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə psixoloji və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi" layihəsi çərçivəsində keçirilib. M.Əmirhüseynova deyib ki, qadınlarımız çox vaxt iş yeri, qazanc mənbəyi axtararkən arzuolunmaz şəxslərin təsirinə düşür və insan alverinin qurbanına çevrilirlər.

© Mahirə Əmirhüseynovaİnsan alverinə qarşı maarifləndirmə tədbiri - İsmayıllı
İnsan alverinə qarşı maarifləndirmə tədbiri - İsmayıllı - Sputnik Azərbaycan
İnsan alverinə qarşı maarifləndirmə tədbiri - İsmayıllı

"Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov aprel ayında illik hesabatı təqdim edərkən bildirmişdi ki, 2016-cı ildə əvvəlki illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb. Təəssüfləndirici haldır ki, traffikinq qurbanları arasında Azərbaycanın bölgələrindən olan gənc qadınlar üstünlük təşkil edir. Onların çoxu erkən ailə qurub sonra boşanmış, imkansızlıqdan, işsizlikdən insan alverçilərinin girovuna çevrilmək məcburiyyətində qalmışdılar" – deyə Əmirhüseynova bildirib.

Birlik sədri qeyd edib ki, sözügedən layihəni həyata keçirməkdə məqsəd məhz Bakıda və regionlarda yaşayan gənclər, yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarətdir.

Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) əməkdaşı, polis polkovnik-leytenantı Fizuli Qurbanov, İsmayıllı Humanitar və Texnologiya Kollecinin direktoru, dosent Kəmalə Süleymanlı da çıxış edərək gəncləri insan alveri ilə bağlı məlumatlandırıblar.

Analoji tədbir bu gün Şamaxı Dövlət Regional Kollecində (ŞDRK) də keçirilib.

DİN-in İAQMBİ-nin əməkdaşı, polis baş-leytenantı Emin Əsədov, ŞDRK-nın direktor müavini Vaqif Eyyubov da mövzu ilə bağlı gənclərlə söhbət aparıblar. V.Eyyubov bildirib ki, aldadılaraq insan alverinin qurbanına çevrilmiş adamlar dərhal vəziyyətdən çıxış yolu axtarmalıdırlar. Onlar aparıldıqları ölkələrdəki diplomatik nümayəndəliklərə, oranın hüquq-mühafizə orqanlarına müraciət edərək xilas ola bilərlər.

"Əgər onlar qurban olmaq istəmirdilərsə və bunu gec başa düşüblərsə, qayıdıb gəlmək üçün yollar axtarmalıdırlar. Əks təqdirdə bilməlidirlər ki, onları gələcəkdə yaxşı heç nə gözləmir" – deyən Eyyubov vurğulayıb ki, son zamanlarda xüsusilə sosial şəbəkələrdə aldadılmış insanların sayı çoxalıb.

"Xanımlarımız bəzən sadəlövhlükdən, bəzən məlumatsızlıqdan kimlərinsə toruna düşürlər. Tanımadıqları insanlarla ünsiyyətləri yaranır və bu, mənfi nəticələrə aparır. Bunun üçün də, qızlarımız sosial şəbəkələrdə tanış olarkən, əks cinsin nümayəndələri ilə dostluq edərkən, diqqətli olmalıdırlar" – deyə direktor müavini bildirib.

© Mahirə Əmirhüseynovaİnsan alverinə qarşı maarifləndirmə tədbiri - Şamaxı
İnsan alverinə qarşı maarifləndirmə tədbiri - Şamaxı - Sputnik Azərbaycan
İnsan alverinə qarşı maarifləndirmə tədbiri - Şamaxı

Tədbirdə respublika üzrə boşanmaların ən çox Şamaxı rayonunda olduğu, bu baxımdan burada potensial insan alveri qurbanlarının da çox olduğu bildirilib. Şamaxı rayon Məhkəməsindən boşanmaların statistikasını əldə edən tədbir iştirakçısı Rəşad Salahov bildirib ki, rayonda bir ay ərzində 120 ailə qurulursa, onun 72-75-i dağılır.

M.Əmirhüseynova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən tədbirlərdə iştirak edən gənclərin böyük əksəriyyəti insan alverinin nə olduğundan xəbərsizdir və bu təhlükə ilə hansı hallarda üzləşə biləcəklərini bilmirlər.

Qeyd edək ki, müvafiq Milli Fəaliyyət Planına uygun olaraq, DİN-in İAQMBİ, Təhsil Nazirliyi, İnsan Alverinə Qarşı QHT koalisiyasının birgə təşkilatçılığı ilə regionlarda insan alveri ilə mübarizəyə dair silsilə tədbirlər davam etdiriləcək.

Xəbər lenti
0