Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qohumların söhbəti qısa oldu və qətllə başa çatdı

© pixabay / nikolabelopitovОхотничье ружье, фото из архива
Охотничье ружье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən bazar günü axşam Şəkinin İbrahimkənd kəndi yaxınlığında odlu silahla Səfərov Tofiq qətlə yetirilib

BAKI, 1 may — Sputnik. Şəkidə baş verən növbəti qətl hadisəsi ilə bağlı Sputnik Azərbaycan-a Şəki rayon prokurorluğundan məlumat verilib.

Ötən bazar günü axşam rayonun İbrahimkənd kəndi yaxınlığındakı Fazil adlanan meşə zolağında odlu silahla 1959-cu il təvəllüdlü yerli sakin Səfərov Tofiq Məhyəddin oğlu qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, qətli Səfərovun qohumu, bacısının əri, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Sübhan oğlu törədib.

Əliyev saxlanılıb, qətldə istifadə edilən silah – ov tüfəngi götürülüb.

İlkin dindirilmə zamanı kişi bildirib ki, onunla Səfərov arasında münaqişə olub. Əliyevin sözlərinə görə, onlar telefonla danışarkən Səfərov nalayiq söyüşlər söyüb.

Əliyev Səfərovdan harada olduğunu soruşub. Səfərov da olduğu yeri bildirib. Əliyev də Səfərovdan onu orada gözləməsini xahiş edib.

Sonra Əliyev ov silahını götürüb və Səfərovla görüşə gedib. Ardı məlumdur…

Xəbər lenti
0