BAKI, 1 may — Sputnik. Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 11-72-ci kilometrlik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi — Qaradağ postu) may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə "Azəravtoyol" ASC-dən məlumat verilib.
Məlumata görə, müvafiq işlərlə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.