BAKI, 1 may — Sputnik. 1 may — Əmək Günü münasibətilə İstanbulda keçirilən aksiya polislə qarşıdurma ilə nəticələnib. Sputnik Türkiyə xəbər verir ki, hadisə ilə əlaqədar artıq 207 nəfər həbs edilib. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
— Sputnik Türkiye (@sputnik_TR) 1 мая 2017 г.
Qeyd edək ki, insident nümayişçilərin Taksim meydanına girmək istədikləri üçün baş verib. Həbs olunanların üzərlərindən 40 "Molotov kokteyli" və 17 qumbara götürülüb.