ELM

Prezident BANM tələbələrini çox gözlətmədi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib
İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib

BAKI, 1 may — Sputnik. Prezident İlham Əliyev Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident kampusun açılışını bildirən lenti kəsib. 

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev kampusda təlim-tədris üçün yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev kampusda təlim-tədris üçün yaradılan şəraitlə tanış olub - Sputnik Azərbaycan
Prezident İlham Əliyev kampusda təlim-tədris üçün yaradılan şəraitlə tanış olub

Məlumat verilib ki, Bakı Ali Neft Məktəbinin kampusunun inşasına 2012-ci ilin aprel ayında başlanılıb. Kampusun ümumi ərazisi 7 hektardır. Bunun 47 min kvadratmetri ümumi tikinti sahəsi, 42 min kvadratmetri isə əsas korpusun sahəsidir. Kampusda əsas korpus, 400 çarpayılıq yataqxana, fitnes mərkəzi, 1000 yerlik süni örtüklü stadion, iki qazanxana, 10 kilovoltluq elektrik yarımstansiyası, iki su hovuzu, nasosxana, dörd keçid məntəqəsi, iki tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları var.

© Official website of President of Azerbaijan RepublicBakı Ali Neft Məktəbinin kampusu
Bakı Ali Neft Məktəbinin kampusu - Sputnik Azərbaycan
Bakı Ali Neft Məktəbinin kampusu

Əsas korpus isə 600 nəfərlik akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, soyunub-geyinmə otaqları, 110 yerlik auditoriya zalı, 300 yerlik yeməkxana, tədris auditoriyaları, inzibati və xidməti otaqlar, müasir tədris laboratoriyaları, kitabxana və üzmə hovuzu olan uşaq bağçasından ibarətdir. Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunda təlim-tədris üçün yaradılan şəraitlə tanış olub.

Xəbər lenti
0