İlham Əliyev kədərini dilə gətirdi

Abunə olmaq
İlham Əliyev qırğızıstanlı həmkarına başsağlığı verib

BAKI, 1 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu ünvanlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Almazbek Şarşenoviç,

Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Xəbər lenti
0