Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Özünüzü bu xəstəlikdən qoruyun!

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Qadınlarda və kişilərdə sonsuzluq, infeksiyanın oynaqlara yayılması, digər cinsi yolla yoluxan xəstəliklərin daha sıx olması ən çox görülən ağırlaşmalardandır

BAKI, 30 aprel — Sputnik. Qonoreya bakteriyal mənşəli (Neissseria gonorrhoeae) sıx görülən cinsi yolla yoluxan xəstəlikdir. Kişi və qadınlarda daha çox gənc yaşlarda ortaya çıxar.

Dermatoloq Elçin Sadıqovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, qonoreyanın əlamətləri cinsi əlaqədən sonra 1-14 gün içində meydana gəlir: "Qadınlarda çox vaxt əlamət verməz. Amma sidik ifrazı zamanı ağrı və yanma hissi ən vacib əlamətlərdəndir. Bundan əlavə vaginal axıntı, qasıq və ya qarın nahiyəsində ağrı da olur. Kişilərdə daha çox penis içində yanma və qaşınma hissi ən vacib şikayətdir. Sidik ifrazından və ya boşalmadan sonra yanma və ya axıntı digər əlamətlərdir. Genital bölgədə əlavə anal bölgənin də iç hissəsində, gözlərdə, boğaz nahiyəsində və oynaqlarda da gonoreya infeksiyası ortaya çıxa bilər. Anal bölgədə ortaya çıxan əlamətlər isə axıntı, qaşıntı və qanamadır".

Həkim bildirir ki, qonoreya cinsi yolla yoluxur. Bundan əlavə doğuş zamanı anadan körpəyə də keçə bilər: "Diaqnoz yalnız klinik əlamətlərdə deyil, həm də laborator müayinələrlə qoyulur. Həkiminiz tərəfindən təyin olunacaq uyğun antibiotiklərlə müalicə olunur. Başlıca risk faktoru birdən çox partnyora sahib olmaq, yeni bir partnyora sahib olmaq, gənc yaşda olmaq, daha öncə qonoreya keçirmək olaraq qəbul edilir".

Sadıqov qeyd edir ki, müalicə olunmamış qonoreyası olan insanlarda bəzi ağırlaşmalar ola bilər. Qadınlarda və kişilərdə sonsuzluq, infeksiyanın oynaqlara yayılması, digər cinsi yolla yoluxan xəstəliklərin daha sıx olması ən çox görülən ağırlaşmalardandır: "Qonoreyadan ən effektiv qorunma yolu etibarlı cinsi əlaqə ve prezervativ istifadə etməkdir. Bundan əlavə bu xəstəliyin əlamətləri olan insanlardan uzaq durmaq lazımır. Qonoreya xəstəliyiniz varsa, bunu ən qısa zamanda həyat yoldaşınıza və ya partnyorunuza bildirin və həkimə gedib müalicə olunun".

Xəbər lenti
0