ELM

İki türk alim dünyada heç kəsin bacarmadığını bacarıb

© sciencedaily / Mediabanka keçidLitium-ion batareyası
Litium-ion batareyası - Sputnik Azərbaycan
Abunə olmaq
Kaliforniya Universitetinin professorları Çingiz Ozkan və Mihri Ozkan elmdə əsl inqilab ediblər

BAKI, 30 aprel — Sputnik. Kaliforniya Universitetinin professorları Çingiz Ozkan və Mihri Ozkan elektrik nəqliyyat vasitələri və şəxsi elektronika üçün yüksək keyfiyyətli litium-ion batareyaları hazırlayıblar.

Sputnik Azərbaycan sciencedaily.com saytına istinadla xəbər verir ki, alimlər batareyalar üçün nano silikon anod yaratmaq məqsədilə tullantı şüşə qablardan və ucuz kimyəvi proseslərdən istifadə ediblər.

Alimlərin sözlərinə görə, bu batareyalar elektrik və hibrid maşınlarının istifadəsini artıracaq, mobil telefon və dizüstü kompüterlərin (netbuk) az enerji yığmaqla daha çox istifadəsinə imkan yaradacaq.

Qeyd edək ki, indiyə qədər mövcud olan litium-ion batareyaları çox bahalı sayılırdı. Bu, elektriklə işləyən cihazların, xüsusilə də elektromobillərin qiymətinə ciddi təsir edirdi. Mütəxəssislər bildirirdilər ki, alimlərdən kimsə hazırkı litium-ion kimi baha olmayan yeni akkumulyator düşünməlidir. Hətta bunu düşünən alimin Nobel mükafatı ala biləcəyini də düşünənlər vardı.

Budur, artıq iki türk alim indiyə qədər heç kəsin bacarmadığını bacarıb. Onlar son dərəcə ucuz başa gələn litium-ion batareyaları düzəltməyə nail olublar.

Xəbər lenti
0