NTV və Sputnik-in birgə "Sən supersən!" layihəsində iştirak edən uşaq evinin yetirməsi Xoşqədəm Mehdiyeva ikinci turdakı çıxışından sonra təəssüratlarını bölüşüb.
"Burada çıxış etmək çox xoşuma gəldi. Mahnımın müğənni Yolkanın xoşuna gəlməsi məni sevindirdi. Viktor Drobış və Stas Pyexa dedilər ki, üzərimdə işləməliyəm. Mən çalışacağam, evə qayıdan kimi vokalla məşğul olacağam" — Xoşqədəm bildirib.
Layihədə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan vokalçılar iştirak ediblər.
Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.