Sədrəddin Soltan: “Hazırkı prezidentə rəqib ola biləcək fiqur yoxdur”
Mayın 19-da İranda prezident seçkiləri keçiriləcək. Səsvermə İranla yanaşı dünyanın 102 ölkəsində təşkil olunacaq. Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, mayın 19-da keçiriləcək seçkilərdən qeyri-adi heç nə gözlənilmir: “Bölgədə baş verən hadisələr fonunda İran bu seçkiləri hay-küysüz, daxili çəkişmələrsiz, ictimaiyyətdə əlavə problemlər yaratmadan keçirməyə çalışır”.
“Namizədlərin adlarından və titullarından da məlum olur ki, hazırkı prezidentə rəqib ola biləcək fiqur yoxdur. Bütün namizədlər Həsən Ruhaninin siyasi karyerası fonunda çox zəif görünürlər. Bu baxımdan bu seçkilərdən qeyri-adi nəsə gözlənilmir. Ehtimal edirəm ki, İranda prezident dəyişməyəcək. Həsən Ruhani yenidən İran İslam Respublikasının prezidenti olacaq” – deyə o bildirib.