BAKI, 29 aprel — Sputnik. Bakının Sabunçu rayonunda yerləşən Kürdəxanı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Qələndərov Mehman Hüseyn oğlu saxlandığı həbsxanada özünü iplə asıb.
Faktla bağlı araşdırma aparılır.
M.Qələndərov barəsində cari ilin fevral ayının 7-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.