Hökmdarın evi otel olacaq

© Photo : PUBLIC DOMAINRusiya çarı II Nikolayın Türkiyədəki malikanəsi
Rusiya çarı II Nikolayın Türkiyədəki malikanəsi - Sputnik Azərbaycan
Abunə olmaq
XIX yüzillikdə Sarıqamışda II Nikolay üçün inşa edilən evin bərpa edilərək butik-otel kimi fəaliyyət göstərməsinə qərar verilib

BAKI, 29 aprel — Sputnik. Rusiya çarı II Nikolayın Türkiyədə yaşadığı ev muzey-otel olacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, XIX yüzillikdə Sarıqamışda II Nikolay üçün inşa edilən evin bərpa edilərək butik-otel kimi fəaliyyət göstərməsinə qərar verilib. Sarıqamış bələdiyyəsindən verilən açıqlamaya görə, rus çarı üçün inşa edilən ev son zamanlar dağılıb məhv olduğu üçün, onun bərpa edilib hotel kimi istifadəyə verilməsinə qərar verilib.

Xatırladaq ki, II Nikolayın Sarıqamışda ova çıxdığı zaman istifadə etdiyi ev XIX yüzillikdə Qars Rusiya imperatorluğuna daxil olduğu zaman inşa edilib.

Xəbər lenti
0