Xaos Braziliyanı ağuşuna aldı

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidПодготовка Рио-Де-Жанейро к Олимпийским играм
Подготовка Рио-Де-Жанейро к Олимпийским играм - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Braziliyada 13 milyon işsiz var

BAKI, 29 aprel — Sputnik. Hökumətin işçi haqları və təqaüd sistemində etdiyi dəyişikliklərə etiraz olaraq ümumi tətil edən braziliyalılar yolları bağlayıb. Hazırda polislə qarşıdurmalar davam edir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mişel Temer iqtidarının işçi haqları və təqaüd sistemində etdiyi dəyişikliklərə etiraz olaraq Braziliya xalqı ayağa qalxıb. Müəllimlər nəqliyyat işçiləri, poçt məmurlarının təşkil etdiyi tətil ölkənin böyük şəhərlərində həyatı dayandırıb. San-Paulo və Rio-de-Janeyro şəhərlərində əsas yolları bağlayaraq hakimiyyətə qarşı etiraz edən nümayişçiləri polis gözyaşardıcı qaz və səs bombaları ilə yatırtmağa çalışıb. Etirazçılar polis avtomobillərinə hücum edərək onları yararsız hala gətirib. Ölkədə bir çox nəqliyyat vasitələri etiraz səbəbilə işləmədikləri üçün məktəblərdə dərslər də dayandırılıb. Həmçinin banklar da xidməti dayandırıb.

Xatırladaq ki, Mişel Temer ötən il hakimiyyətə gəlib. O ölkədəki böhranı aradan qaldırmağa çalışacağını bildrimişdi.

Braziliyada böhrana görə dövlət sektorundakı işçilərin əmək haqları 3 ay gecikmə ilə verilir. Hazırda Braziliyada 13 milyon işsiz var.

Xəbər lenti
0