BAKI, 29 aprel — Sputnik. İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Portofino şəhərciyindəki evində yıxılıb və başı zədələnib. Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli mətbuat xəbər yayıb.
Hadisə ötən gecə baş verib. 80 yaşlı siyasətçi xalçanın kənarına ilişərək yıxılıb. Berluskonu müalicə üçün Milandakı xəstəxanalardan birinə aparılıb. Onun həkimi Alberto Dzanqrillo zədənin ciddi olmadığını bildirib.