BAKI, 29 aprel — Sputnik. ABŞ prezidenti Tramp yeni bir qərarnamə imzalayaraq Atlantika və Şimal qütbü bölgəsində neft axtarmaq üçün qoyulan qadağaları götürüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp neft bazarında zəifləmə dönəminə rəğmən bu qərarnamənin yeni iş imkanları yaradacağını bildirib.
Tramp öz seçki kampaniyasında sələfinin qoyduğu bütün qadağaları aradan qaldıracağını bildirmiş və ABŞ-ın təbii qaynaqlardan daha çox faydalana bilməsini önəmli hesab etmişdi.
Xatırladaq ki, Barak Obama hakimiyyətinin son günlərində şimal qütbündə neft axtarmağı qadağan edən bir qərarnamə imzalamışdı. Obama bu qərarnaməni imzalayarkən bildirmişdi ki, bölgədə neft sızıntıları təhlükəsi mövcuddur. Eyni zamanda vəhşi təbiəti də qorumaq önəmlidir.