BAKI, 28 aprel — Sputnik. Türkiyənin Suriya ilə sərhəd bölgəsindəki PYD təşkilatının silahlıları türk əsgərlərinə atəş açıblar. Sputnik Azərbaycan bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.
Hadisədə Türkiyə tərəfindən ölən və yaralanan olmayıb. PYD-çilərin isə 11 nəfəri öldürülüb. Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
"Terrorçuların atəşinə artıqlaması ilə cavab verilib. 11 terrorçu zərərsizləşdirilib" — qərargahdan bildirilib.