BAKI, 28 aprel — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə aşağıda qeyd edilən ixtisaslar üzrə gənclərin oxumağa göndərilməsi planlaşdırılır:
Kino və televiziya rejissoru (2 yer)
Kinooperator (2 yer)
Animasiya və kompüter qrafikası rejissoru (1 yer)
Hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə AR Kinematoqrafçılar İttifaqı və "Azərbaycanfilm" kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb.
Qeyd edək ki, namizədlər üçün məsləhət saatları təyin olunacaq.