BAKI, 28 aprel — Sputnik. "Bəzi cahillər Suriyanın şimalında dövlət yaratmaq təşəbbüsünə giriblər. Bilsinlər ki, buna heç vaxt imkan verməyəcəyik".
Sputnik Türkiyə xəbər verir ki, bu barədə İstanbulda təşkil olunan "Atlantika Şurası" zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. "Suriyanın şimalında dövlət qurmaq təşəbbüsündə olan bəzi cahillər var. "Cahil cəsur olar" deyiblər. İndi baxıb görürük ki, oralarda özlərinə görə "nazirlər kabineti" filan yaradıblar. Biz bunları cavabsız buraxmarıq və Suriyanın şimalında belə bir dövlət quruluşuna da əsla icazə vermərik" — Ərdoğan qeyd edib.