BAKI, 28 aprel — Sputnik. Son vaxtlar ABŞ və Şimali Koreya arasında artan gərginlik, Pxenyan rəhbərliyinin dünən yaydığı video ilə pik həddə çatıb. Ola biləcək müharibənin nəticəsi haqda video-çarx hazırlayan Şimali Koreya hökuməti, hədəf kimi Amerikanın ən önəmli yerlərini seçə biləcəklərini göstərib.
Yayılan videoda, Koreya ordusunun Ağ Evi, "Karl Vinson" aviadaşıyıcısını və ABŞ-ın bir çox məşhur yerlərini vurduğu əks olunur. Sputnik Azərbaycan Daily Mail-ə istinadən həmin videogörüntünü təqdim edir.