Üzeyir Cəfərov: “Bu gündən atıq o silahlar döyüş bölgələrinə aparılacaq. Artıq hərbi hissələr onların qəbuluna başlayıb”
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib.
Hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan öz müdafiəsi və təhlükəsizliyi üçün nə lazımdırsa onu alır: “Çünki bizim başqa yolumuz yoxdur. Azərbaycan Silahlı Qüvvələri bu silahlar vasitəsilə gücünü bir qədər də artıracaq. Bu silahların üstünlüyü böyükdür, əvvəlkilərdən xeyli fərqlənir”.
“Biz ermənilərə və separatçılara görə öz işimizi qurmamalıyıq. Ola bilsin ki, sabah döyüşlər başlasın. Bizim mütəxəssislərimiz də artıq hazırdır. Bu gündən atıq o silahlar döyüş bölgələrinə aparılacaq. Artıq hərbi hissələr onların qəbuluna başlayıb” — deyə o bildirib.